Bu gecə ermənilərin atəşkəs rejimini pozması və ordumuzun düşmən səngərlərinə endirdiyi cavab zərbələri nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb.
Unikal.org-un məlumatına görə, bu barədə qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri- 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.