"Cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var".
Unikal.org xəbər verir ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib.
O qeyd edib ki, birinci səbəb 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləmin danışıqları intensivləşdirməməsi, rusiyalı rəsmilərin isə şablon ifadə və səfərlərdən uzağa getməməsidir:
"Belə olan halda kimsə cəbhə bölgəsində sakitlik gözləməsin. İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sərkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi" sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış nəsə cəbhədə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin ələ keçirilməsi ilə cavab vermək imkanı qazanırıq".