Ötən gecə ermənilər Tərtərin cəbhəboyu yaşayış məntəqələrini ağır artileriya qurğularından atəşə tutublar.
 
Unikal.org-un məlumatına görə, Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçsı Müstəqim Məmmədov "Report"a açıqlamasında bildirib ki, təmas xəttinə yaxın yerləşən 20-ə qədər fərdi yaşayış evinə mərmi düşüb: "Ermənilər atəşkəs rejimini növbəti dəfə pozaraq, rayonun cəbhəboyu yaşayış məntəqələrini atəşə tutublar. Nəticədə həmin yaşayış məntəqələrində qaz, elektrik və rabitə xətlərinə ciddi ziyan dəyib, mərmi düşən 20 evdən 8-i tamamilə yararsız hala düşüb".
M.Məmmədov əlavə edib ki, hazırda Tərtər rayon Fövqəladə Hallar Komissiyası (FHK) dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.