Zaqatala rayonunda radikal dini təriqət üzvlərinə qarşı əməliyyat keçirilib.
Unikal.org bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinə rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən hücrədə vəhhabi təriqət üzvlərinin toplantı keçirməsi barədə məlumat daxil olub. Daxil olan əməliyyat məlumatı əsasında həmin ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı polisə müqavimət göstərən 5 nəfər saxlanılıb.
Hücrədən həmçinin çoxlu sayda dini ədəbiyyat, audio və video materiallar götürülüb.
Faktla bağlı araşdırma aparılır.