"5N1K" verilişinin son buraxılışı Qarabağdakı vəziyyətə həsr edilib.


Türkiyənin CNN kanalının müxbiri Azərbaycan haqqında reportaj hazırlayıb.
ANS PRESS-in məlumatına görə, Cüneyt Özdemir "5N1K" verilişinin son buraxılışını Azərbaycanın işğal altında olan ərazilərinə, Qarabağa, cəbhədəki vəziyyətə həsr edib. O deyib ki, Azərbaycanın Türkiyə üçün çox böyük əhəmiyyəti var. 

 
Yüksəklik və yaşayış məntəqələri ermənilərdən azad olundu
Cəbhədən ən son görüntüləri çəkən jurnalistlər azərbaycanlı hərbçilərlə danışıb. İşğaldan azad edilən yüksəkliklərdə olublar. Qarabağ tarixindən söhbət açan müxbir millət vəkili Adil Əliyevi danışdırıb. Son hadisələr barədə XİN rəsmisi Hikmət Hacıyevdən məlumat alıblar. 

O, verilişində "Qarabağda - təmas xəttində nə yaşanır?", "Döyüşlər zamanı nə baş verdi?", "Döyüşləin təməlində nə dayanır?", "Qarabağ problemi necə həll oluna bilər?" kimi suallara cavab tapmağa çalışıb. 

Verilişi buradan izləyə bilərsiniz:

Ötən gün də Türkiyənin ən məşhur xəbər agentliklərindən biri - Doğan Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə olub. ANS PRESS-in məlumatına görə, agentlik müxbiri 24 il sonra azad edilən"Lələ Təpə" yüksəkliyinə gedib. 

Bir neçə gün öncə Türkiyənin NTV kanalı da Azərbaycan Ordusunun azad etdiyi yüksəkliklərdə olub. NTV-nin xüsusi müxbiri Ahmet Yeşiltepe bir neçə gün öncə Azərbaycanın işğaldan azad etdiyi bölgəyə gedib, cəbhə xəttindən reportaj hazırlayıb.