2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək.
Unikal.org-un Virtualaz.org-a istinadən verdiyi məlumata görə, iclasa Ermənistandan olan nümayəndə heyəti də qatılacaq.
İclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropa İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyan təmsil edəcəklər.
Xatırladaq ki, bu, erməni deputatların Bakıya ilk gəlişi deyil. Belə ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan da iki ay əvvəl Azərbaycan paytaxtında olmuşdular. Onlar Bakıda keçirilən "Avronest Parlament Assambleyasının iclasında iştirak etmişdilər.