Azərbaycan səfirliyi Fransanın Bourg-lès-Valence şəhərinin meri Marlen Mourier-i məhkəməyə verib. Bu sahilyani şəhərdən Dağlıq Qarabağda yerləşən və hazırda işğal altında olan Şuşa ilə bütün münasibətlərini dayandırması tələb olunur.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, `armenews.com`-un yazdığına görə, artıq məhkəməyə çağırış vərəqəsi Bourg-lès-Valence bələdiyyəsinə təqdim edilib. 

Sahilyanı şəhərin bələdiyyə başçısı, ermənipərəst mövqeyilə seçilən Marlen Mourier bildirib ki, bu çağırış vərəqinin heç bir təsiri və əhəmiyyəti olmayacaq.

Göründüyü kimi, Ermənistan, Fransada olan erməni lobbi dairələri və onların təsiri altında olan bəzi şəxslər Fransanın qanunlarını və beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini pozmaqdan belə çəkinməyərək Fransanın rəsmi dövlət siyasətinə qarşı fəaliyyət aparırlar.

Göründüyü kimi, Ermənistan, Fransada olan erməni lobbi dairələri və onların təsiri altında olan bəzi şəxslər Fransanın qanunlarını və beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərini pozmaqdan belə çəkinməyərək Fransanın rəsmi dövlət siyasətinə qarşı fəaliyyət aparırlar.

Yada salaq ki, Ermənistanın kütləvi informasiya vasitələrində bir müddət əvvəl Fransada olan erməni lobbi dairələrinin təsirilə "Valans və `Stepanakert` (Xankəndi) şəhərləri arasında dostluq xartiyası" və "Burq-Le-Valans və Şuşa şəhərləri arasında dostluq xartiysı"nın imzalanması haqqında məlumatlar verilmişdi.

Qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Bako Saakyanın 2015-ci ilin 17-19 may tarixlarində Fransaya səfəri və bu səfər zamanı Fransanın vilayət və şəhərləri ilə "əməkdaşlıq xartiyası"nın imzalanması ilə əlaqədar Azərbaycan tərəfdən davamlı fəaliyyət həyata keçirilib. Aparılan işin nəticəsində Fransa hökumət tərəfindən rəsmi cavab addımı kimi xarici işlər və daxili işlər nazirləri səviyyəsində yerli prefekturalar və ali komissarlara 2 iyul tarixində sirkulyar təlimat göndərilmişdi. Yerli özünü idarəetmə qurumlarının beynəlxalq əməkdaşlıq sahəsində səlahiyyət məhdudiyyətlərinə dair xəbərdarlıq edən həmin sənəddə mərkəzi hakimiyyətin siyasətinə və Fransanın beynəlxalq öhdəliklərinə zidd olaraq, yerli orqanların Fransa hökumətinin tanımadığı qeyri-qanuni rejimlər, o cümlədən qondarma Dağlıq Qarabağla beynəlxalq əməkdaşlığa dair sənədlər imzalamasına qadağa qoyulmuşdu. 

Həmçinin, artıq imzalanmış qeyri-qanuni "əməkdaşlıq xartiyaları"nın ləğvi istiqamətində hüquqi müstəvidə zəruri addımların atılması davam etdirilir. Belə ki, səfirliyin əməkdaşlıq etdiyi vəkil tərəfindən Azərbaycanın işğal altında olan şəhərləri ilə qeyri-qanuni sənədlər imzalamış Fransa şəhərlərinin yerləşdiyi vilayətlərin prefektlərinə müvafiq sorğular göndərilib və Fransanın mövcud qanunlarına əsaslanaraq, imzalanmış qeyri-qanuni sənədlərin ləğv edilməsi məqsədilə onların İnzibati Məhkəməyə təqdim edilməsi məsələsi qaldırılıb.

Sorğuya cavab olaraq, Drom vilayətinin prefekti Didye Loqa bu günədək nə "Valans və "Stepanakert"(Xankəndi) şəhərləri arasında dostluq xartiyası" və "Burq-Le-Valans və Şuşa şəhərləri arasında dostluq xartiysı" sənədinin, nə də belə bir sənədlərin imzalanmasına icazə verən hər hansı məlumatın ona təqdim edilmədiyini vurğulayıb və bu səbəbdən də sözügedən sənədin qüvvəyə minmədiyini və beləliklə, onun icra edilmə imkanının olmadığını qeyd edib.

Prefekt Valans şəhəri tərəfindən sözügedən "dostluq xartiyaları"nın və ya ondan irəli gələn hər hansı sənədin ona təqdim ediləcəyi təqdirdə, həmin sənədlərin ləğv edilməsi üçün onu dərhal İnzibati Məhkəməyə təqdim edəcəyini bildirib.