Ötən gün gecə saatlarında Ermənistanda İcevandakı hərbi hissələrdən birinin kazarmasında həqiqi hərbi xidmətə çağırılan Ohanes Petrosyanın meyiti aşkar edilib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, əsgər başından güllə yarası alıb.

Ohanes Petrosyanın ölümünün səbəbi araşdırılır.