İsveçin SÄPO təhlükəsizlik polisi İraqın təhlükəsizlik xidmətindən aldığı məlumata əsasən, İŞİD terror təşkilatının yeddi-səkkiz yaraqlısı İsveçdədir və bu ölkənin paytaxtı Stokholm şəhərində terror aktı planlaşdırırlar.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumat İsveçin "Expressen" qəzetində adının çəkilməsini istəməyən mənbəyə istinadən yerləşdirilib.
"Əldə olunan məlumata görə, terrorçular paytaxt ərazisində mülki obyektə hücum edəcəklər", - nəşrdə belə qeyd olunur.
İsveç polisi xəbəri şərh etməyib, lakin məlumatı yoxladığını bildirib.