"BMT bu sahədə öncüllük etməlidir".
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində baş tutan "Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar" mövzusunda təşkil edilən plenar iclasda deyib.
E.Məmmədyarov bildirib ki, ektremizmə qarşı mübarizə aparıb daha yaxşı bir dünya qurmaq üçün hələ də gec deyil. Nazir bildirib ki, BMT bu sahədə öncüllük etməlidir və digər beynəlxalq təşkilatlar da bu istiqamətdə əməkdaşlıq etməlidir.
E.Məmmmədyarov qeyd edib ki, dayanıqlı inkişaf bizim əsas hədəfimiz olmalıdır. Nazir bildirib ki, Azərbaycan 20 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir və Azərbaycan da terrorizmə qarşı mübarizə aparan bir ölkədir.