Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana səfər edəcək.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, Lavrov noyabrın 19-da Bakıya gələcək.
Lavrovun Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparacağı bildirilir. Qeyd olunur ki, noyabrın 20-də Rusiya xarici işlər naziri İrəvana səfər edəcək.