
Rəsmi Tehran Vaşinqtona qarşı beynəlxalq cinayət məhkəməsinə iddia hazırlayıb.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İran prezidenti administrasiyasının Beynəlxalq hüquq mərkəzinin məmuru Məhəmməd Cəhrami çıxış edib.
Buna səbəb ABŞ-ın İranın Mərkəzi Bankına aid olan dondurulmuş iki milyard dollarlıq aktivi qaytarmaqdan imtina etməsi olub.
Sözügedən məbləğ 1983-ci ildə Livanda partlayış qurbanı olan amerikalı ailələrə ayrılacaq.
Rəsmi Tehran isə bu qərarı "oğurluq" kimi qiymətləndirir.