ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Ermənistanda jurnalistlərə kobud davranılması ilə bağlı bəyanat yayıb.

Unikal.org  azvision.az-a istinadən bildirir ki, bəyanatda Ermənistan rəhbərliyi tərəfindən jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanıb:

"KİV azad, təhlükəsiz formada ictimai tədbirləri işıqlandırmaq hüququna malikdir və onlara qarşı güc tətbiq edilməsi qəbuledilməzdir". 

Qeyd edək ki, 23 iyun tarixində Ermənistanda keçirilən aksiyanı işıqlandıran Azadlıq radiosu, HETQ.am, Gala TV, Аykakan Jamanak, News.am, panarmenian.net, Epress.am, 1in.am и ArmTimes.com saytının əməkdaşları polis tərəfindən zorakılığa məruz qalıb, jurnalistlər təhqir edilərək həbs edilib. Bəzi jurnalistlərin texniki avadanlıqlarına ziyan dəyib və müsadirə edilib. 

"Mən Ermənistan hökumətini təcili olaraq baş vermiş insidentin araşdırılması və KİV-lərə qarşı güc tətbiq edilməsinin qarşısının alınması istiqamətində ciddi addımlar atmağa çağırıram", - deyə Dunya Miyatoviç bəyan edib.