Aprelin 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb.
Unikal.org Azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ərdoğanı və xanımını hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.