Avropa İnsan Haqları Məhkəməsi Türkiyə hökumətinin müxalifət partiyasına 1 milyon avro təzminat verməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmə Türkiyə hökumətinin ana müxalif partiyası olan Cümhuriyyət Xalq Partiyasının ( CHP) təşkilatlanma və iclaslar keçirmə azadlıqlarını məhdudlaşdırdığı qənaətinə gəlib. Beləliklə, 1 milyon 85 min 800 avro təzminatın verilməsi ilə bağlı qərar çıxarılıb. CHP tətəfi isə məhkəmə xərclərinin ödənilməsi ilə bağlı 5 min avro verməlidir.
CHP-nin şikayətində isə əsasən Türkiyə hökümətinin 2007-2009-cu illərdə partiyanın bəzi varlıqlarının əlindən alınması dayanır. Müxalifət partiyası bunları insan hüquqlarının pozulması hesab edərək Avropa İnsan Haqları Məhkəməsinə şikayət verib. (Lent.az)