Dağlıq Qarabağ münaqişəsi, yəni Azərbaycan torpaqlarının işğalı məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Unikal.org-un Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, qeyd edib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir: "Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz aydındır. Biz həmişə Azərbaycanın yanındayıq. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsi, yəni Azərbaycan torpaqlarının işğalı məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".