İŞİD terror təşkilatını dəstəkləyən hakerlər ABŞ Dövlət Departamenti əməkdaşlarının şəxsi məlumatlarını – ad-soyadlarını, telefon nömrələrini və digər koordinatlarını - ələ keçirdiklərini bildiriblər.
Unikal.org xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat verib.
Mənbənin bildirdiyinə görə, hakerlər qrupu oğurluq faktını sübut edən skrinşotlar yayımlayıb. Öz bəyanatlarında hakerlər ABŞ-ı "darmadağın edəcəklərini" yazıblar.
Dövlət Departamenti hələlik bununla bağlı şərh verməyib.
Ötən həftə hakerlər Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətinin 18 min əməkdaşının şəxsi məlumatlarını ələ keçirdiklərini bildirmişdilər.