Xaçmaz Rayon Polis Şöbəsinin sabiq vəzifəli şəxsi saxlanılıb.
Keçmiş polis dələduzluqda ittiham olunaraq bu ilin fevral ayından axtarışa verilib.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 1963-cü il təvəllüdlü Tahir Qurbanov Biləsuvar rayonunda saxlanılıb.
T.Qurbanov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O uzun müddət Xaçmaz RPŞ-nın İstintaq İdarəsinin Bölmə rəisi vəzifəsində işləyib.