ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışırlar.

Unikal.org xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi xəbər verib. Bu barədə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Pyer Andrie məlumat verib. "Biz hər iki ölkənin prezidentləriylə görüşdük və indi biz prezidentlərin görüşünü təşkil etməyə çalışırıq", - deyə Pyer Andrie qeyd edib.

Hazırda həmsədrlərdə regiona səfər haqqında konkret plan yoxdur. Andrie danışıqlar prosesinə mümkün qədər tez başlamaq ehtiyacının olduğunu vurğulayıb.