Aprelin 2-sindən başlanan hərbi əməliyyatlar Ermənistan hakimiyyətinin azğınlığını, işğal faktında sərhəd tanımadıqlarını bir daha ortaya qoydu.
Düşmən silahı qarşısına çıxdığı hər şeyi məhv etməyə hazırdır. Silahlanmış erməni üçün qadın, uşaq məfhumu yoxdur.
Torpaqlarımıza soxulduqları dönəmdən mülki əhalini daim təhdid altında saxlamaları, zaman-zaman silahsız insanlarımızı qətl etmələri onların əsl xislətlərinin təzahürüdür.
"Dördgünlük müharibə" zamanı və ondan sonrakı zaman kəsiyində də ermənilər bu mənfur xislətlərinə sadiq olduqlarını bir daha nümayiş etdirdilər.
Qısa zaman kəsiyində Ermənistan ordusu tərəfindən atılan artilleriya atəşi nəticəsində yüzlərlə inzibati bina, yaşayış evləri dağıdıldı, kəndlər viran edildi.
Mükli əhaliyə rəhm edilmədi. Başlarına bombalar yağdırıldı. Şagirdlərin təhsil aldıqları məktəblər hədəf götürüldü.
Ümumiyyətlə, 2 aprel 2016-cı il tarixindən etibarən Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb. Özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib. 314-ü fərdi yaşayış evi olmaqla 353 mülki bina, 3 məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət mərkəzi və digər iaşə obyektləri dağıdılıb və ya ciddi ziyan dəyib.
Həmçinin ermənilər minaları Qarqar çayı vasitəsilə cəbhəyanı kəndlərimizə axıdırlar. Belə ki, Ağdamın Əfətli kəndinin ərazisindən keçən Qarqar çayında 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərləşdirilib.
Qeyd edək ki, ermənilərin təxribatçı əməlləri hələ də davam edir, hər gün atəşkəs rejimi pozulur, mülki əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya və iriçaplı silahlardan intensiv atəşə məruz qalır.
Dünyaya özlərini məzlum xalq kimi sırımağa çalışan ermənilər əsl simalarını etdiləri varvarlıqla bir daha ortaya qoydular.
Ermənistan ordusunun son döyüşlərdə insanlığa sığmayan, silahsız sakinlərin özlərinə, mülklərinə qarşı təcavüzünü fotolarda bir daha izləyin.