Sığorta şirkətləri bahalaşmadan qaçmaq üçün həkim və klinikalara nəzarəti artırmağı düşünürlər.
Unikal.org "Xəzər Xəbər"ə istinadən bildirir ki, vərmanların qiyməti bahalaşdığından, tibbi sığorta şirkətlərinin də xərcləri artıb. Bu isə tibbi sığortanın bahalaşmasını qaçılmaz edir. Nəticədə onsuzda kütləvi hal almayan tibbi sığortaya maraq daha da azalır.
Ekspertlər vəziyyətdən çıxış yolunu klinikalara və həkimlərə nəzarətin artırılmasında görür. Çünki, bəzən klinika və ya həkim sığortalı xəstəyə lazım olandan artıq analizlər, dərmanlar yazır. Bu da sığorta şirkətinin xərcini artıran əsas amillərdən birinə çevrilir.
Klinikalar da tibbi sığorta şirkətləri ilə işləməkdə maraqlı olduqlarından, qiymət siyasətlərində sığorta şirkətlərini də nəzərə almağa başlayıblar. Əks halda müştəri itirəcəkləri məlum məsələdir.