Çinin paytaxtı Pekin şəhərində bir çox texnoloji imkanlara malik 100 ədəd ümumi tualet inşa olunacaq.
 
Layihəni Pekin bələdiyyəsi həyata keçirir.
 
"Tualet inqilabı" adı altında paytaxtın müəyyən yerlərində texnoloji tualetlər yaradılacaq. Bu tualetlərdə pulsuz "Wi-Fi", mobil telefonlar və elektrik avtomobilləri üçün şarj cihazları, ATM aparatı quraşdırılacaq. Tualetlərdə uşaqlar üçün nəzərdə tutulan bölüm də olacaq.
 
Şəhərdə hazırda mövcud olan tualetlər isə yenilənəcək və müasirləşdiriləcək.
 
Qeyd edək ki, ötən il Çində xüsusən turistlərin sıx ziyarət etdiyi yerlərdə mövcud olan tualetlərin vəziyyəti ilə bağlı ölkə rəhbərliyinə kütləvi şikayətlər daxil olmuşdu. Bu səbəblə, turizm regionlarında 33 min yeni tualet inşa olunması və mövcud 25 min tualetin yenilənməsi barədə 3 illik plan hazırlanıb.  (lent.az)