Vəkil Yalçın İmanov Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılması üçün qərar qəbul edilib.
Unikal.org-un verdiyi xəbərə görə, bu barədə həmkarı Elçin Sadıqov məlumat verib.
O bildirib ki, bu gün kollegiyanın Rəyasət Heyətinin iclası keçirilib və vəkillər barəsindəki şikayətlərə baxılıb. Yalçın İmanovun üzvlükdən çıxarılması üçün məhkəməyə müraciət etmək barədə qərar qəbul edilib.
Qeyd edək ki, bir neçə gün öncə Ədliyyə Nazirliyi VK-ya təqdimat verərək Y.İmanovun barəsində tədbir görülməsini istəyib.
Bundan başqa, baş prokurorun birinci müavini Rüstəm usubov da digər vəkillər - Asabəli Mustafayev, Fəxrəddin Mehdiyev və Aqil Layıcovun barəsində tədbir görülməsi üçün təqdimat verib.