KXDR beşinci nüvə sınağı ilə bağlı hazırlıqları tamamlayıb. Pxenyan istənilən an orta mənzilli raketi sınaqdan keçirə bilər.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Cənubi Koreya Prezidenti Park Gen Hi jurnalistlərə açıqlamasında söyləyib.
 
O, Şimali Koreyanın hər hansı provakasiyasına qarşı hərbi səlahiyyətli şəxslərə təlimat verdiyini də bildirib.
 
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə bazar günü ballistik raketi sınaqdan keçirmişdi.