Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Unikal.org SOCAR-ın saytına istinadən məlumat verir ki, aprelin 27-də saat 10:00-dan 17:00-dək "Qaz İxrac" İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Altıağac", Ağdam magistral qaz kəmərləri sahəsinin "Tərtər", Qazax magistral qaz kəmərləri sahəsinin "Gəncə" və "Hacıməlik" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Xızı rayonunun Altıağac, həmçinin Bərdə rayonunun Yeni Daşkənd və Zümürxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Tərtər və Göygöl rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.