Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozub.
Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, bu gün axşam saat 22:00 radələrindən başlayaraq erməni işğalçıları mövqelərimizə ağır artileriya ilə atəş açmağa başlayıb.
Tərtər sakinlərinin saytımıza verdiyi məlumata görə, düşmən rayonun Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndlərini atəşə tutub.
Qarağacı kəndinin bələdiyyə sədri Rizvan Əzizov bildirib ki, hazırda cəbhə xəttində vəziyyət gərgindir.
"Bu dəqiqələrdə atışma davam edir. Məndə olan məlumata görə, bir neçə mülki evə ciddi ziyan dəyib. Sakinlər evlərindədirlər. Düşmən təxribatı səngimir. Ermənilər əsasən top və minaatalanlardan istifadə edir. Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndləri və Tərtər rayonunun mərkəzi atəşə tutulur. Ordumuz düşmənə cavab verir".