Cəbhənin Tərtər istiqamətində 22:10-da başlayan artilleriya səsləri 23:20-ə qədər davam edib.
 
Unikal.org ANSpress-ə istinadən xəbər verir ki, 23:20-dən 01:35-ə qədər cəbhədə nisbi sakitlik yaranıb.

Bu dəqiqələrdən etibarən isə cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri yenidən artileriya silahlarını işə salıb. Qarşı tərəf yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri ermənlərin atəş nöqtələrinə cavab zərbələri endirir.

Tərtər Fövqəladə Hallar Komissiyasının sədr müavini İlqar Musayev bildirib ki, bu saata olan məlumata görə, Tərtərin kəndlərində dağıntılarla bağlı məlumat daxil olmayıb.

O həmçinin bildirib ki, dinc sakinlər arasında ölən və yaralanan yoxdur.