Ermənistan müdafiə naziri Seyran Ohanyan Moskvaya səfərə gedib.  
Unikal.org axar.az-a istinadən bildirir ki, Ohanyanın rəhbərlik etdiyi erməni nümayəndə heyəti beynəlxalq təhlükəsizliklə bağlı 5-ci Moskva Beynəlxalq Konfransında iştirak edəcək.   Tədbir Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil olunub və aprelin 27-28-də keçiriləcək.   5-ci Moskva Beynəlxalq Konfransında terrorçuluqla mübarizə məsələləri müzakirə olunacaq.