Ermənistan ordusunun aprelin 27-də təmas xəttində gərginliyi artırması nəticəsində aldığı əks-zərbələr nəticəsində itki verib.
 
APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, qarşı tərəfin daha bir əsgəri - müddətli hərbi xidmət keçən, 1996-cı il təvəllüdlü Ayk Minasyan öldürülüb.
 
Xatırladaq ki, düşmən cəbhənin Tərtər istiqamətində təxribatlar törətməyə cəhd edir və dünən də üç hərbçisini itirib.