Bakıda kriminal aləmin nüfuzlu şəxsləri hesab edilən üç nəfər saxlanılıb.

Unikal.org report-a istinadən xəbərinə görə, Sabunçu rayonunda kafelərdən birində baş tutan əməliyyatı Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Tutulan şəxslərin üzərindən və avtomobillərindən ümumilikdə üç ədəd silah - "Kalaşnikov" avtomatı, "Makarov" və "Naqan" tapançaları, habelə, narkotik maddə olan heroin götürülüb.

İlkin məlumata əsasən, tutulan şəxslər "Lotu Quli" kimi tanınan, hazırda həbsdə olan Nadir Səlifova yaxınlığı ilə tanınan şəxslər olub.
 
****
Bakıda silahlı dəstə zərərsizləşdirilib.
 
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Kamil Quliyev, 1983-cü il təvəllüdlü Namiq İbayev, 1981-ci il təvəllüdlü Namiq Həşimov,  1985-ci il təvəllüdlü Orxan İbrahimov, 1989-cu il təvəllüdlü Məhərrəm Məmmədov saxlanılıblar.
 
K. Quliyevin üzərindən 2, 254 qram heroin, idarə etdiyi avtomobildən isə 1 ədəd nömrəsiz "Naqan" tipli tapança və 4 ədəd güllə; N. İbayevin üzərindən 2, 688 qram heroin, idarə etdiyi avtomobildən 1 ədəd avtomat, 1 ədəd içərisində 22 güllə olan daraq, N. Həşimovun üzərindən heroin, O. İbrahimovdan isə qurudulmuş marixuana, M. Məmmədovun üzərindən "Makarov" tipli tapança və 3 ədəd güllə aşkar edilərək götürülüb.
 
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.