Ukraynanın tanınmış jurnalisti Mıkola Veresnin aparıcılıq etdiyi "Radio Vesti"də Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadovla Ukrayna Erməniləri Birliyinin sədri Vilen Şavtaryon arasında debat təşkil edilib.
 
Unikal.org  Azadinform-a istinadən xəbər verir ki, Vilen Şavtaryon debatda iştirak edəcəyini əvvəlcədən təsdiqləsə də proqram başlayanda efirə qatılmayıb. Azərbaycan diaspor rəhbərinin iştirakı ilə davam edən proqramda H.Cavadov ermənilərin son vaxtlar cəbhə xəttində törətdikləri vəhşiliklərdən danışıb.

H.Cavadov mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirlərinin görüldüyünü, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunduğunu bildirib.

Verilişin tam mətnini təqdim edirik: