Kəpəz TV (Region TV) xəbər verir ki, 16 yaşlı gənc sevgisinə görə sağlamlığını itirdi. Bakının Nərimanov rayonunda Rəsul Babayev bıçaqlanıb. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsi zamanı onun qarın nahiyəsindən bıçaq yarası aldığı aşkar edilib və dərhal əməliyyat olunub. Rəsul Babayevin həyatı üçün təhlükə yoxdur.

Hadisə barədə Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə məlumat verilib. İlkin araşdırma zamanı məlum olub ki, Rəsul Babayevi sevdiyi qızın qardaşı bıçaqlayıb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma davam etdirilir.
***
Bakının Nərimanov rayonunda qanlı hadisə baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, rayon ərazisində 16 yaşlı Rəsul Babayev bıçaqlanıb. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Rəsul Babayevi müayinə edən həkim onun qarın nahiyəsindən bıçaqlandığını və həyatı üçün təhlükə olmadığını bildirib.
 
Hadisə barədə Nərimanov rayon polis idarəsinin 17-ci polis bölməsinə məlumat verilib.  
 
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.