Parisdə terror aktları törətməkdə əsas şübhəli şəxs olan Salah Abdeslam Fransaya ekstradisiya edilib.
Bu barədə Belçika prokurorluğundan məlumat verilib.
Qeyd edək ki, S.Abdeslam Belçika polisinin keçirdiyi xüsusi əməliyyat zamanı martın 18-də Brüsseldə həbs edilib.
Xatırladaq ki, ötən ilin noyabrında Parisdə "Stad de Frans" stadionu yaxınlığında, "Bataklan" teatrında və yaxınlıqda yerləşən Kamboca restoranında törədilmiş terror hücumları nəticəsində 130-dan çox adam həyatını itirib, 350-yə yaxın insan isə yaralanıb.(Report)