Azərbaycan prezidenti İlham Əliyev Elmar Rüstəm oğlu Vəliyevin II dərəcəli "Vətənə xidmətə görə ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, E. Vəliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Gəncə şəhərinin sosial-mədəni həyatında fəal iştirakına görə Şərif Hacı oğlu Şərifova Prezidentin fərdi təqaüdü təyin olunub.