Azərbaycan bankları kredit kartları üzrə əməliyyatları dayandırıblar ki, bu da Azərbaycanda xarici valyutada istehlak kreditlərinin verilməsinə moratoriyanın tətbiq edilməsi ilə bağlıdır.

Unikal.org bildirir ki, bunu Trend-ə Banklar Assosiasiyasından deyiblər.

Assosiasiyadan bildiriblər ki, xarici valyutada kredit kartları üzrə əməliyyatlar istehlak kreditlər kateqoriyasına daxil olduğuna görə banklar onları müəyyən müddətə dayandırıblar.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə aprelin 5-dən banklar xarici valyutada istehlak kreditlərinin verilməsini 1 ay müddətinə dayandırıblar.