Azərbaycanda məktəblilər arasında kütləvi zəhərlənmə olub.
Unikal.org anspress-ə istinadən məlumatına görə, hadisə Siyəzən rayonunda baş verib.
Bu gün gündüz saat 12 radələrində Siyəzən rayonunun Zarat kənd orta məktəbində 6 nəfər məktəbli qəbul etdikləri şirniyyatdan zəhərləniblər və zəhərlənmə diaqnozu ilə regional müalicə və dioqnostika mərkəzinə çatdırılıblar.
İlkin müayinə müayinə zamanı məlum olub ki, məktəblilər kənd mağazasından aldıqları keksdən zəhərləniblər.
Mərkəzin həkim pediatrı Kəmalə Cavadovanın sözlərinə görə, şagirdlərin mədə-bağırsağı yuyulub, ilkin yardımlar olunub. "Bütün tədbirlər görülür, bəziləri evə yazılırlar".
Hüquq mühafizə orqanları da hadisənin başvermə səbəbini, şirniyyatın gətirilmə mənbəyini və keyfiyyətini araşdırmağa başlayıb.