Siyəzəndə 2015-ci ilin avqust ayında Qarabağ uğrunda şəhid olmuş 20 yaşlı Ağadadaş Şahkərəmovun ailəsinə medal təqdim edilib.
Unikal.org xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani Azərbaycan prezidenti adından və müdafiə naziri Zakir Həsənovun əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə 3 cü dərəcəli medalı" şəhid Ağadadaşın anası Zəminə Şahkərəməvanın sinəsinə taxıb.
Şəhidin valideynləri övladlarının müqəddəs Azərbaycan torpağı uğrunda əbədiyyətə qovuşmasından sözün həqiqi mənasından qürur duyduqlaçrını deyib.
Şəhidin atası Şahkərəm Şahkərəmov deyib ki, 2 oğlu birlikdə özü də döyüşə hazırdır.
Təqdimat mərasimində çıxış edən Siyəzənin İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynov rayonun Qarabağ döyüşlərində 70-dən artıq şəhid verdiyini, onların xatirəsinin həmişə əziz tutulduğunu bildirib.