"Hazırda atışma gedirsə, atəşkəs barədə əldə edilmiş son razılıq pozulursa, danışıqlar prosesi üçün hansısa şəraitin yaradılması mümkün deyil".
 
Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, bunu "Ermənistan hansı səbəbdən danışıqlar prosesindən imtina edir" sualına cavabında Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.
 
S. Ohanyan bildirib ki, Ermənistan "qarşılıqlı inamın yaradılması üçün danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıdır".
 
Ermənistan müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya və digər həmsədr ölkələrinin rolunun vacib olduğunu da qeyd edib.