Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən İntiqam Hacıyev, Seymur və Elnur Səfərov qardaşlarının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org-un Trend-ə istinadən məlumatına görə, prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxslərə hökm elan olunub.
Məhkəmənin hökmü ilə İ. Hacıyev 9 il 6 ay, Seymur və Elnur Səfərov qardaşlarının isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Xəzər rayon 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də paytaxt sakini İlham Ağayevin 700 manatını soyğunçuluq yolu ilə almış Neftçala rayon sakinləri Elnur Səfərov, qardaşı Seymur və Zaqatala rayon sakini İntiqam Hacıyev tutulublar.