Müdafiə naziri, general polkovnik Zakir Həsənov ermənilərin ötən gün ağır artilleriya atəşinə tutduğu Tərtər rayonunda mərmi zərbəsindən zədələnmiş 20 evin sakinləri ilə görüşüb.
Görüş zamanı sakinlərdən biri nazirə yaxınlaşaraq ondan xahiş edib. "Cənab Nazir, icazə versəydiniz üzünüzdən öpərdim" deyərək nazirə müraciət edən sakinin istəyini nazir yerə salmayıb.
Rayon sakinləri Zakir Həsənova və dövlət başçısına böyük inam olduğunu bildiriblər.
Zakir Həsənovun Tərtər səfərindən görüntünü təqdim edirik: