Son günlər cəbhədə gəginlik artıb. Erməni silahlı birləşmələri xüsusilə gecə saatlarında Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini müxtəlif silahlardan atəşə tutur.
Hərbi ekspert Üzeyir Cəfərov ermənilərin məhz gecələr aktivləşməsini onların öz əxlaqına uyğun hərəkət kimi qiymətləndirib.
Unikal.org bildirir ki, o, bununla bağlı fikirlərini modern.az-a deyib:
"Bu, erməni əxlaqına uyğun hərəkətdir. Ermənilər atəşkəsi daha çox gecə saatlarında pozaraq, insanlar arasında vahimə yaratmaq istəyirlər. Məqsədləri panika yaratmaq və insanları evindən didərgin salmaqdır. Gecə vaxtı daha çox zərər yetirə bilirlər. Ona görə çalışırlar ki, mövqelərimizi gecələr atəşə tutsunlar. Əsgərlərdə qorxu yaratmaq istəyirlər. Aprelin əvvəllərində də belə namərd hərəkətlər etmişdilər, ancaq ordumuz layiqli cavablarını verdi.
Savadsızlıqlarını hər dəfə nümayiş etdirirlər. Azərbaycan Silahlı Qüvvələrinin artilleriyası və Hava Hücümundan Müdafiə Qüvvələri müasir texnikaların imkanlarından yararlanaraq, ermənilərin atəş nöqtələrini müəyyən edərək vururlar".