Bakıda 22 yaşlı qız dəm qazından ölüb.
Unikal.org "Qafqazinfoya istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 1-də baş verib. 1995-ci il təvəllüdlü Fidan Sultanova yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat edib.
Dizayner olan F.Sultanova kompüter oyunlarına xüsusi marağı ilə seçilib və bu mövzuda da bir neçə ay öncə tecnote.az-a müsahibə verib. O müsahibəsində arzusunu da açıqlayıb: "Mənim bir arzum var - gələcəkdə, evimdə xüsusi bir oyun otağım olacaq, harada ki bütün konsolları bir-bir yığacam. Evimdə bir cənnət!
Daha sonra isə o, "Biz gamerlər dünyanı daha fərqli görürük. Gamerlərin gözündə dünya həmişə daha maraqlıdır deyib.