Bakıda yeni tikilən binada yanğın başlayıb.
Unikal.org report-a istinadən bildirir ki, Ağ şəhərdə tikilən yaşayış binasının bünövrəsində tikinti üçün istifadə olunan taxta materialların alışması nəticəsində yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını cəlb olunub.