Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədov dünyasını dəyişib.
 
Bu barədə unikal.org-a S. Cəlaloğlu məlumat verib. O bildirib ki, qardaşı 65 yaşında beyin iflicindən vəfat edib: "Qarabağ müharibəsində onurğa sütunundan xəsarət almışdı. 30 ildir ki, müalicə olunurdu".
 
Qeyd edək ki, Qarabağ müharibəsi iştirakçısı, 1-ci qrup əlil olan Ə. Məmmədov aprelin əvvəllərində cəbhədə gedən döyüşlərdə şəhid olan Rasim Məmmədovun atasıdır.