
Türkiyənin Muş vilayətinin Varto mahalında PKK terrorçularının polis avtomobilini partlatması nəticəsində 3 polis ağır yaralanıb.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, Taşdibek qəsəbəsində quraşdırılan partlayıcı qurğu polislərə məxsus zirehli avtomobilin keçidi zamanı işə düşüb.
Yaralanan polislər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Ərazidə araşdırmalara başlanılıb.