"Aztelekom" MMC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.
Unikal.org xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, MMC-nin maliyyə şöbəsinin müdiri Faiq Cəfərov, baş direktorun müşaviri Kərim Rəhimov və "Aztelekom" MMC-nin baş mühasib vəzifəsini müvəqqəti icra edən Aslan Məcidov tutduqları vəzifədən azad olunublar.
"Aztelekom" MMC-dən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, "Aztelekom" MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir.