Azinforum.az-ın redaktoru Məhəmmədəli Qəribli hazırda həbsdə olan, 15 il cəza almış Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin türmə həyatı ilə bağlı maraqlı məlumat açıqlayıb.
Unikal.org xəbər verir ki, o, "facebook" səhifəsində yazıb ki, cinayət aləmindən uzaq olan bir tanışı başına gələn təsadüfi hadisə səbəbindən həbsxanaya düşüb və bu yaxınlarda azad edilib.
"Onunla görüşüb söhbət etdik. Dedi ki, 13 saylı "zon"dan buraxılıb. Tanınmışlardan kimin oralarda olduğunu soruşdum. Hazırda Qaradağ zonasında ən "populyar" dustağın Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev olduğunu bildirdi. Sabiq bankirin necə "srok" çəkdiyi ilə maraqlandım.
Cavab belə oldu: "Nə qədər çarpışsa da, ona imtiyazlı şərait yaradılmadı. 100 nəfərlik barakda qalır, qara paltar geyinir və hər gün mənimlə iki dəfə "razvoda" çıxırdı, hamı ilə birlikdə tualet növbəsinə dururdu". Bəzən adama taladığı milyardlar da kömək etmir".