
ABŞ hökuməti Türkiyənin turizm bölgələrində terror aktlarının törədiləcəyi ehtimalı ilə bağlı bu ölkədəki vətəndaşlarına xəbərdarlıq edib.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Türkiyədəki səfirliyi yayıb.
Məlumatda terror qruplaşmalarının Türkiyənin bir sıra turistik bölgələrində hücum həyata keçirmək planlarının olduğu bildirilib:
"ABŞ-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, terrorçular Türkiyədə yeni terror aktları törətmək üçün fürsət axtarır. Bu səbəbdən ABŞ vətəndaşları olduqca diqqətli olmalıdır".