Rəsmi məlumata görə, H. Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

H.Məmmədovun hüquqlarını müdafiə edən vəkili Afət Qazıyeva onun intihar etməsilə bağlı unikal.org-a açıqlama verib.

Vəkil hazırda başlanmış cinayət işi üzrə araşdırma aparıldığını deyib:

"Fakt odur ki, Hacı Məmmədov intihar edib. Onun buna vadar edilməsi, yaxud kim tərəfindənsə öldürülməsilə bağlı nə isə demək düzgün deyil, çünki hər şey istintaqın gedişində məlum olacaq. İndi bizə məlum olan onun intihar etməsidir.
A.Qazıyeva H.Məmmədovun ailə üzvlərinin hadisədən sarsıldığını bildirib:

"Araşdırmaların nəticəsini gözləyirik. Günün sonunda meyitin ailə üzvlərinə nə vaxt veriləcəyi müəyyənləşəcək. Xəstə idi. Əvvəllər saxlanıldığı yerdə intihara cəhd etmişdi. Amma sonuncu görüşlərimiz zamanı intiharla bağlı fikirlər səsləndirməyib.

H.Məmmədov 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

10:17

İntihar edən Hacı Məmmədovun ailəsi onun ölümündən xəbərsizdir.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə n bacısı Arifə Məmmədova deyib ki, hələ də yaxınlarına rəsmi məlumat verilmir: "Dərd budur ki, jurnalistlər yazır, biz türməyə zəng edirik, deyirlər Hacı sağ-salamat oturub. Dünən axşam da danışdım, bu gün də biraz əvvəl danışdıq. Cavab verdilər ki, hər şey yaxşıdır. Jurnalistlərə deyirlər, bizə niyə demirlər? Oturub gözləyirik.

İki həftə əvvəl onunla görüşmüşdük, hər şey yaxşı idi.

Qeyd edək ki, H.Məmmədov dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində özünü asaraq intihar edib. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ( özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.