Sosial evlərlə bağlı vətəndaşları maraqlandıran məqamlar çoxdur. Bu evlər kimlərə, hansı şərtlərlə, neçəyə satılacaq və s. Əsas sual doğuran məsələlərdən biri də binaların hansı ərazilərdə tikiləcəyidir. Əmlak məsələləri üzrə ekspertlərin bununla bağlı bir sıra təklifləri var.
Kim harada işləyirsə, ona həmin ərazidə sosial ev satılsın. Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov hesab edir ki, bu yanaşma həm ədalətlidir, həm də eyni yerə tələbin təklifin üstələməsinin qarşısını alar.
Sosial evlər aztəminatlı ailələr üçün tikiləcək. Belə ailələrin üzvləri isə əsasən şəhər kənarında yerləşən müəssisələrdə işləyirlər.
Nazirlər Kabinetinin qərarı ilə Bakının müxtəlif rayonlarında qəzalı vəziyyətdə olan və uzunmüddətli istismar nəticəsində yararsız hala düşmüş binalar söküləcək. Bəzi şəxslər sosial evlərin həmin binaların yerində tikiləcəyini düşünür. Ancaq mütəxəssislər bunun mümkün olmadığını bildirirlər.
Ancaq "Sovetski" kimi geniş söküntü işlərinin nəzərdə tutulduğu ərazilərdə "Sosial ev məhəllələri"nin yaradılması mümkündür. Burada isə şəhər mərkəzində işləyən aztəminatlı ailələrin yerləşdirilməsi məqsədəuyğun hesab edilir.
Sosial evlərlə bağlı vətəndaşları maraqlandıran məqamlar çoxdur. Bu evlər kimlərə, hansı şərtlərlə, neçəyə satılacaq və s. Əsas sual doğuran məsələlərdən biri də binaların hansı ərazilərdə tikiləcəyidir. Əmlak məsələləri üzrə ekspertlərin bununla bağlı bir sıra təklifləri var.
Kim harada işləyirsə, ona həmin ərazidə sosial ev satılsın. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov hesab edir ki, bu yanaşma həm ədalətlidir, həm də eyni yerə tələbin təklifin üstələməsinin qarşısını alar.